НОВОСТИ
13:46, 19.01.2026
Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar-Ümumxalq Hüzn Günü qeyd olunmuşdur.
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra İnstitutun Həmkarlar Təşkilatının sədri Rzaqulu Hacıyev 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Sonra o, çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində mühüm tarixi mərhələ olduğunu vurğulayıb.
Rzaqulu Hacıyev qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qəhrəmanlıq və milli birlik rəmzi kimi əbədi yaşayacaq. O, şəhidlərin göstərdiyi fədakarlığın bu gün də gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu bildirib.
Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda həmin gecə baş verən faciəli hadisələr, dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar və xalqımızın göstərdiyi qəhrəmanlıq əks olunmuşdur.