15:21, 24.11.2025
Genetik Ehtiyatlar İnstitutunda şöbə və elmi-tədqiqat bazalarının illik hesabatlarının müzakirəsi keçirilmişdir
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda (GEİ) şöbə, laboratoriya və cari il üzrə elmi fəaliyyəti ilə bağlı hesabatlarının müzakirəsi başa çatmışdır.
İclası giriş sözləri ilə açan Elmi Şuranın sədri, GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdə olan məsələlər haqqında Şura üzvlərinə və iştirakçılara məlumat vermişdir. Gündəliyə uyğun olaraq institutun Meyvə bitkiləri və Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələrinin, dayaq məntəqələri və bazaların illik hesabatları şöbə müdiri, a.ü.f.d. Mirzə Musayev, şöbənin baş mütəxəssisi Rzaqulu Hacıyev və dayaq məntəqələri və baza müdirlərinin təqdimatında dinlənilmişdir.
Hesabatlara dair müzakirələr edilmiş, verilmiş suallar cavablandırılmış və gələcək elmi tədqiqatların daha yüksək səviyyədə aparılması üçün tövsiyələr verilmişdir.