
18:16, 10.10.2025
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Bakı Dövlət Universitetində elmi seminar təqdim etmişdir.
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Həsənli Lətifə 7 oktyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində “Beynəlxalq Kompüter Genomikası laboratoriyasının əsas fəaliyyət istiqamətləri” mövzusunda seminar təqdim etmişdir.
Seminarda Beynəlxalq Kompüter Genomikası laboratoriyasında aparılan elmi tədqiqat işlərinin əsas fəaliyyəti istiqamətləri, müasir bioinfomatik metodlar və genetik məlumatların analizi sahəsində yeniliklər haqqında məlumat verilmişdir.
Seminarın keçirilməsində əsas məqsəd bioinformatika sahəsində elmi yeniliklərin paylaşılması və gənc tədqiqatçıların bu istiqamətə olan marağının artırılması olmuşdur.