НОВОСТИ
10:37, 10.06.2025
AR ETN Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA- nın müxbir üzvü, professor Zeynal Əkpərov Naxçıvan Dövlət Universitetində keçirilən “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransında iştirak edib.
04-05 iyun tarixlərində Naxçıvan Dövlət Universitetində “Orqanik və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” I Respublika Elmi konfransı keçirilmişdir.
Konfrans Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, AR ETN Botanika İnstitutu, AR KTN Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, AR ETN Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Konfransa ölkəmizin, Türkiyənin, Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiqi yönümlü müəssisələrindən ümumilikdə 26 təşkilat qoşulmuşdur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Kənd təsərrüfatının inkşafı prioritetində “Orqanik məhsullar və dayanıqlı kənd təsərrüfatı” istiqamətində tədqiqatların, təkliflərin, yeni yanaşmaların səslənməsi konfransın əsas müzakirə obyekti olmuşdur.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA- nın m.ü., professor Zeynal Əkpərovun səfəri zamanı həmçinin Naxçıvan Dövlət Universiteti ilə Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.