НОВОСТИ
12:20, 06.04.2024
Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində ağacəkmə kampaniyası keçirilib.

“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” beynəlxalq devizinə qoşulmaq üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul edilmiş 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ARETN Genetik Ehtiyatlar İnstitutunun Saray Dayaq Məntəqəsində 5 aprel tarixində ağacəkmə kampaniyası həyata keçirilib. Zeytun bitkisinin yerli və introduksiya edilmiş 15 sortundan əldə edilən tinglər genofondun kolleksiya bağında daimi yerlərinə əkilib. Hər sortdan 5 ədəd olmaqla ümumilikdə 75 tingin əkini aqrotexniki qaydalara uyğun olaraq həyata keçirilib.