НОВОСТИ
16:19, 15.02.2024
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları “Aqrar Biznes Festivalında” iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda keçirilən “Aqrar Biznes Festivalında” iştirak ediblər.

Keçirilən bu festivalda əlaqələrin genişləndirilməsi, aqrar innovasiyaların təbliği məqsədilə institutda yaradılmış yeni yerli yüksək məhsuldar buğda sortlarının və pambıq və soya bitkilərinin daha intensiv sortlarının nümunələri fermerlərə və iş adamlarına nümayiş etdirilib.

Festivalda nümayiş etdirilən yumşaq və bərk buğda sortları və pambıq və soya bitkilərinin nümunələri iştirak edən bir çox yerli və xarici şirkət, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər, həmçinin müxtəlif layihə rəhbərləri tərəfindən maraqla qarşılanıb.

İnstitutun əməkdaşlarının müntəzəm olaraq innovasiya festivallarında iştirakı onun nailiyyətlərinin daha geniş tətbiq olunmasına imkan yaradacaqdır.